Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 00:15

Serbiya fövqəladə vəziyyət elan edir


Belqradda daşqın

-

Martın 10-da Serbiya hökuməti daşqınlara görə fövqəladə vəziyyət elan edib. Leysan yağışların daşqın miqyasını genişləndirəcəyi, minlərlə insanın evini tərk etməyə məcbur qalacağı qorxuları artır.

Bu həftə çayların daşması nəticəsində ölkənin cənub-qərbində 120 nəfər evindən çıxarılıb.

Hökumət bildirir ki, fövqəladə vəziyyət bir qabaqlayıcı tədbirdir, insanları və əmlakı qorumağı hədəfləyir.

2014-cü ildə leysan yağışların törətdiyi daşqında yollar, körpülər, evlər dağılıb, 50-dən çox insan həlak olub. Ölkəyə 1.5 milyard avro ziyan dəyib.

XS
SM
MD
LG