Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 01:28

Daha bir Rusiya idmançısında dopinq


Foto arxiv

Daha bir Rusiya idmançısında qadağan olunmuş mildronat preparatı aşkarlanıb.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, bu dəfə biatlonçu Eduard Latıpovun dopinq testi müsbət çıxıb.

Rusiya Biatlon Federasiyası məlumatı təsdiqləyib.

Araşdırma bitənədək 21 yaşlı idmançı yarışlardan kənarlaşdırılıb.

Xatırladaq ki, bunadək Rusiyanın daha 6 idmançısı - Yekaterina Bobrova, Mariya Şarapova, Semyon Elistratov, Pavel Kuliznikov, Yekaterina Konstantinova və Aleksandr Markinin orqanizmində qadağan olunmuş mildronat maaddəsi aşkarlanıb.

XS
SM
MD
LG