Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 10:24

Parlamentin nümayəndə heyəti Türkiyədə 


Oqtay Əsədov

-

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti martın 10-11-də Türkiyədə rəsmi səfərdə olacaq. Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Ankarada Türkiyə Böyük Millət Məclisinin fəaliyyəti ilə maraqlanacaqlar.

Milli Məclis sədrinin Türkiyə Böyük Millət Məclisinin Sədri İsmayıl Kahramanla görüşü nəzərdə tutulub. Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə söhbətlər aparılacaq.

Rəsmi səfər zamanı Milli Məclis sədrinin Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla, ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşləri də gözlənilir.

XS
SM
MD
LG