Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 14:40

Əfv komissiyasının iclası olub


-

Komissiya tövsiyə xarakterli qərarlarını prezidentə təqdim edəcək

Prezident yanında Əfv Məsələləri Komissiyası növbəti əfvə qədər iclaslarını yekunlaşdırıb.

Komissiyanın üzvü Əliməmməd Nuriyev “Report”-a deyib ki, martın 9-da keçirilən sonuncu iclasda müraciətlərə yekun baxış keçirilib:

"Ümumilikdə 400-dən artıq müraciətə baxıldı, tövsiyə xarakterli qərarlar qəbul olundu" - deyən Ə. Nuriyev komissiyanın qərarlarının yaxın müddətdə prezidentə təqdim olunacağını bildirib.

Komissiya üzvü qərarların mahiyyəti barədə danışmayıb.

XS
SM
MD
LG