-
Salyan rayonunun Qaraçala kənd sakini 26 yaşlı Ruhəngiz Babayevanın özünü asaraq intihar etdiyi bildirilir. “APA” informasiya agentliyinin xəbərinə görə, yaxınları qadının meyitini yardımçı tikilidə asılmış vəziyyətdə aşkar ediblər. Ancaq intiharın səbəbi açıqlanmır.
Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.
Ölkə mətbuatı tez-tez intihar hallarından yazır. Ancaq Azərbaycanda intiharların statistikası aparılmır.