Keçid linkləri

2017, 23 Fevral, Cümə axşamı, Bakı vaxtı 22:37

-

Azərbaycan, İran və Rusiya sərhəd xidmətləri rəhbərləri Bakıda görüşəcəklər.

Report-un İran Səfirliyinə istinadən verdiyi xəbərə görə, sözügedən ölkələrin sərhəd xidməti rəhbərləri martın 8-də Bakıya gələcəklər.

Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin dəvəti ilə həyata keçiriləcək səfər çərçivəsində üçtərəfli müzakirələr aparılacaq. Narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinin görüşdə əsas müzakirə mövzuları olacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG