-
Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıqdan da artıqdır.
«Trend»in xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda gürcüstanlı həmkarı Mikheil Janelidze ilə görüşündə bildirib.
Nazir deyib ki, tikintisi gedən Bakı-Tbilisi-Qars dəmiryolu təkcə region ölkələrini birləşdirməyəcək. Bu layihə Qərblə Şərqi bir araya gətirəcək.
Gürcüstanın xarici işlər naziri Mikheil Janelidze martın 6-da Bakıya gəlib. Səfər çərçivəsində ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə edilməlidir.