Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 16:59

AzadlıqLive -Wikipedia həm də danışacaq

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:45 10.3.2016

Samir Şərifovun 3 qat agent olması iddiasıana nazirlikdən reaksiya

Ukraynanın "Qordon" agentliyinə müsahibəsində keçmiş KGB-çi, indi isə ABŞ-ın maliyyə analitiki Yuri Shvets Azərbaycanın maliyyə naziri Samir Şərifovun 3 qat agent olduğunu deyib. Onun sözlərinə görə, Şərifov Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanlarına işləyir. Bu müsahibə Azərbaycan medisında yer alandan sonra "APA-Economics" bu iddialarla bağlı Maliyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışıb.

Nazirliyin mətbuat katibi Mais Piriyev sorğuya cavab olaraq bildirib ki, ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyil: "Yuri Shvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!"

14:35 10.3.2016

Eurovisionda Azərbaycan təmsilçisi bəlli oldu

Martın 10-da Azərbaycanı builki «Eurovision» mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.

İTV-nin yaydığı xəbərə görə, münsiflər heyəti Azərbaycanı Səmra Rəhimlinin təmsil etməsinə qərar verib. O, mahnı müsabiqəsində «Miracle» mahnısını ifa edəcək.

14:37 10.3.2016

Müharibə və əmək əlilləri üçün pansionat - Qocalar Evi

Qocalar evinin evsiz qadınları
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

15:45 10.3.2016

Novruzqabağı əfvə gözləntilər böyükdür

«Ötən ilin dekabrından fərqli olaraq, budəfəki əfvə təqdim etdiyimiz siyahıya daxil olanların azadlığa çıxacaqlarına çox böyük ümidlərimiz var».

Bunu İnsan Haqları üzrə Birgə İşçi Qrupun üzvü Səidə Qocamanlı gözlənilən əfv fərmanı haqda deyir.

Davamı

XS
SM
MD
LG