Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 15:57

AzadlıqLive -Wikipedia həm də danışacaq

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

10:00 10.3.2016

Azərbaycan vətəndaşı neçə ölkəyə vizasız gedə bilər? 62? 29?

11:42 10.3.2016

İlham Əliyev: "Status-kvo dəyişməlidir"

İlham Əliyev deyib ki, Ermənistan status-kvonun dəyişməz qalmasını istəyir. «Ancaq status-kvo dəyişməlidir, dəyişməməsi mümkün deyil." İlham Əliyev bunu martın 10-da IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib.

12:57 10.3.2016

"Neftdən sonrakı dövr başladı"

IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Azərbaycanda neftdən sonrakı dövr başlayıb: «Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır. Heç kim buna hazır deyildi. Biz fəal şəkildə işləməliydik ki, bunun mənfi təsirlərini azaldaq. İndi maliyyə durumumuz sabitdir."

13:03 10.3.2016

"Rusiya ərazimizin 20 faizini işğal edib"

IV Qlobal Bakı Forumunda çıxış edən Gürcüstan prezidenti Giorgi Margvelashvili deyib ki, «Rusiya ərzimizin 20 faizini işğal edib. Əhalimizin 15 faizi gürcü olduqları üçün öz ölkələrində köçkünə çevrilib. Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik. Ötən il belə dramatik vəziyyəti dost Ukraynada gördük, Krım işğal olundu, ölkənin şərqində müharibə başladı. Qonşu ölkələr körpülərin yaradılmasına, tərəfdaşlığın formalaşdırılmasına çalışmalı, işğala yol verməməlidir."

Davamı

XS
SM
MD
LG