Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 11:40

AzadlıqLive -Wikipedia həm də danışacaq

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:41 8.3.2016

E-maili yaradan öldü

E-maili yaradan və @ işarəsini ixtira edən amerikalı proqramçı Ray Tomlinson 74 yaşında ürək tutmasından vəfat edib. O Tomlinsonun ideyasıdır ki, şəbəkədə biri digərinə eketron mesajlar göndərə bilər. Tomlinson ilk belə mesajı 1971-ci ildə göndərdi.

Raymond Tomlinson
Raymond Tomlinson

13:52 8.3.2016

Alonso Bakıda 340 km/saat sürətindən danışır

Formula 1 yarışlarında ikiqat dünya çempionu Fernando Alonso Bakıdadaır. Mətbuat konfransında soruşulub ki, Bakıda yarışlara ayrılan yolun hansı hissəsini bəyənir? Alonso deyib ki, "f​ikrimcə ən sürətli döngələr pilotlara problem yaradacaq. Şəhərin tarixi hissələrində yollar daralır. Yoxuşlu yollar da var ki, bu asan olmayacaq. Sürətli yol da var ki, orada 340 km/saata qədər sürətlənə bilərik."

14:17 8.3.2016

Alonsonun kumirləri

Bakıda mətbuat konfransında Fernando Alonsodan soruşulub ki, kumiri kimdir? Deyib ki. futbolçu Zinedine Zidane və basketbolçu Michael Jordan.

15:34 8.3.2016

Bloomberg seçkiyə getmir

Nyu Yorkun keçmiş meri Michael Bloomberg deyir ki, bu ilki prezident seçkisinə müstəqil namizəd kimi qatılmayacaq. Bloomberg Trumpa alternativ axtaran respublikaçıların ümidini qırıb

Davamı

XS
SM
MD
LG