Putinə dəstək?
Rusiya prezidenti Vladimir Putin-i dəstəkləyənlər onun reytinqinin göyə qalxmasıyla öyünür. Amma «The Washington Post»da Michael Birnbaum bu yanaşmanı sual altına alır:
«Putin-ə dəstək realdırmı? Məndə belə bir güclü təəssürat var ki, realdır, ancaq adamlar Putin-i dəstəklədiklərini deyəndə, bu, bir amerikalının prezident Obama-nı dəstəkləməsiylə eyni anlama gəlmir. 16 illik hakimiyyəti dövründə rusiyalılar ona siyasəti zəbt etmiş biri kimi baxırlar. Birindən Putin-ə dəstəklə bağlı sual verəndə, sanki ondan Rusiyaya dəstək verib-vermədiyini soruşursan. Kim «yox» deyər ki?». Qərb mediasının icmalı
"Polislə işləyənə pul verilməsi normaldır"
“Polisə daimi əsaslarla işləyənlərə bunun müqabilində pul verilməsi normaldır”. Bunu millət vəkili Azay Quliyev AzadlıqRadiosunun suallarını cavablandırarkən deyib. O, müsahibəsində həm də gözlənən əfv fərmanına toxunub. Ətraflı axşam saat 20-də AzadlıqLive-da Radioda
Azərbaycan və macar nazirləri futbol oynadı
Azərbaycan Milli Elmlər Akademiyasının idman meydançasında Azərbaycanın hökumət nümayəndələrindən ibarət futbol komandası və Macarıstan hökumət nümayəndələrinin daxil olduğu futbol komandası arasında yoldaşlıq görüşü keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan komandası 7:4 hesabı ilə qələbə qazanıb. Azərbaycan komandasında iqtisadiyyat naziri Şahin Mustafayev, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə olub.
İşləyənlərin 48 faizi qadınlardır
2016-cı ilin yanvar ayının əvvəlinə olan bilgiyə görə, ölkə əhalisinin ümumi sayının 50 faizindən çoxusu - 4 milyon 870 min nəfəri qadınlardır.
Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə doğulan 166 mindən çox körpənin 46 faizi qız uşaqları olub.