Çeçenistanda xüsusi pasport
Bir neçə gün əvvəl Çeçenistan rəhbərliyi ölkənin gənc vətəndaşlarının "ruhi-mənəvi pasportlar" üçün ərizə verməli olduğu barədə məlumatları təkzib etmişdi.
Bu pasportlarda insanların dini inancı və mənsub olduğu tayfa haqqında məlumatın qeyd olunduğu bildirilirdi. Rusiya mediası xəbər verir ki, indi də çeçenlər məktəb və məscidlərdə xüsusi sorğunu cavablandırmağa dəvət edilirlər.
Trump yenə uddu
Donald Trump respublikaçıların Miçiqan və Missisipi ştatlarında keçirilən praymeri seçkilərində böyük qələbə qazanıb.
“Qadınlara həm kişilər, həm də siyasi rejim mane olur"
Yazıçı-publisist Mehriban Vəzir deyir ki, ayrıseçkilik stereotiplərdən, idarəetmənin mütərəqqi, qadınların iddialı və mübariz olmamasından, haqq davası çəkməmələrindən doğur:
“Qadınlara həm kişilər, həm də siyasi rejim mane olur. Ölkəmizin ən özündən deyən kişiləri belə qadına qarşı ənənəvi stereotiplərin daşıyıcısıdır. Demokratdırlar, liberaldırlar sanki, amma şüuraltı vəziyyət çox dərin ənənələrə bağlıdır."
Bu günki AzadlıqLive-da:
Formula-1 yarışlarında ikiqat dünya çempionu Fernando Alonso Bakıdadır
8 mart Beynəlxalq Qadınlar gününün yaranmasına gətirən problemlər- qadınlara qarşı ayrı-seçkilik və s. bu kimi problemlər aradan qalxıbmı? Yazar Zümrüd Yağmur deyir ki, qıraqdan baxanda qadının özünü reallaşdırması üçün əngəl yoxdur, ancaq...
AŞPA-da Azərbaycan üzrə yeni həmməruzəçi Alain Destexhe-nin təyin olunmasından Azərbaycanda nə gözləyirlər? Turan informasiya agentliyinin direktoru Mehman Əliyev deyir ki, heç nə. O cümlədən, AŞPA Azərbaycanın problemlərini həll etmək iqtidarında deyil
Mehman Əliyev
No media source currently available