Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:03

Davutoğlu sünnilərlə şiələri sülhə çağırdı


Ahmet Davutoğlu və Eshagh Jahangiri
Ahmet Davutoğlu və Eshagh Jahangiri

-

Ankara və Tehran regiondakı təriqətçiliyə qarşı birgə mübarizə aparmalıdır. Bunu Türkiyənin baş naziri Ahmet Davutoğlu martın 5-də İrana səfəri zamanı deyib.

Son iki ildə o, İrana gedən ilk türk lideridir.

«Bizim müxtəlif baxışlarımız ola bilər, ancaq biz tariximizi və coğrafiyamızı dəyişdirə bilmərik», -o, İranın vitse-prezidenti Eshagh Jahangiri ilə görüşündə deyib. Türkiyəli baş nazir əlavə edib ki, hər iki ölkə regiondakı etnik və təriqət münaqişəsinə son qoymaq üçün birgə işləməlidir.

Jahangiri də bildirib ki, fərqliliyə baxmayaraq, Tehran regionda stabillik üçün çalışır.

Suriya məsələsi Türkiyə və İran arasında fikir ayrılığı yaradıb. İran şiə rejiminə rəhbərlik edən Bashar al-Assad-ı müdafiə edir, Türkiyə isə onun əleyhinədir.

Ancaq bu fikir ayrılığına baxmayaraq, İran və Türkiyə arasında illərdir yaxın diplomatik əlaqələr var.

Davutoğlu bildirib ki, Tehrana qarşı Qərbin sanksiyaları qardırıldığından Türkiyə İranla ticarət əlaqələrini genişləndirməyə can atır. Onun sözlərinə görə, hər iki ölkənin hədəfi illik dövriyyəsi 30 milyard dollar olan bir ticarətdir.

İran və Türkiyə arasında ötən il ticarət dövriyyəsi 9.7 milyard dollar olub.

XS
SM
MD
LG