Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 02:14

Mikheil Janelidze Bakıya gəlir

Mikheil Janelidze
Mikheil Janelidze

-

Gürcüstanın xarici işlər naziri Mikheil Janelidze martın 6-da Azərbaycana gələcək. Gürcüstanın Bakıdakı səfirliyindən «Turan»a bildirilib ki, rəsmi görüşlər bazar ertəsi olacaq.

Səfərdə əsasən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar planlaşdırılıb. Janelidze-nin prezident İlham Əliyevlə də görüşü gözlənilir.

Danışıqlar zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət məsələləri də diqqət mərkəzində olacaq.

Səfər martın 7-də başa çatacaq.

This item is part of
XS
SM
MD
LG