Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:26

Taleh Bağırzadənin həbs müddəti uzadılır


Taleh Bağırzadə
Taleh Bağırzadə

-

Martın 7-də Nəsimi rayon Məhkəməsi «Müsəlman Birliyi» Hərəkatının həbsdəki rəhbəri Taleh Bağırzadənin həbs müddətinin artırılması məsələsinə baxacaq.

Bu haqda T.Bağırzadənin vəkili Cavad Cavadov məlumat verib.

Vəkilin bildirdiyinə görə, baş prokurorun müavini Rüstəm Usubov Taleh Bağırzadə barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verib.

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. Həmin tarixdə onun barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. T.Bağırzadəyə qarşı Cinayət Məcəlləsinin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb.

Baş Prokurorluğun məlumatına görə, Taleh Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfər həbs olunub.

«Müsəlman Birliyi» Hərəkatı qeydiyyatdan keçməyib.

XS
SM
MD
LG