Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:38

Anar Məmmədovdan pulunu ala bilmir


Dan Burton

-

Keçmiş ABŞ konqresmeni daha Azərbaycan üçün lobbiçilik etməyəcək. Nümayəndələr Palatasının keçmiş respublikaçı üzvü Dan Burton “bir ildir” maaş ala bilmədiyinə görə istefa verdiyini yazır.

İndiana ştatından olan respublikaçı Azərbaycan Amerika Alyansının sədrliyindən istefa verib. Bu qrupun rəhbəri nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. AzadlıqRadiosunun müxbiri Carl Schreck Məmmədovun 2011-ci ildən ABŞ-da lobbiçilərə 12 milyon dollardan çox xərclədiyini qeyd edir.

“Bir ildir siz və ya Anar mənimlə əlaqə saxlamayıb, maaşım da ödənməyib. Bu elektron məktubu Azərbaycan-Amerika Alyansı sədrliyindən istefam kimi qəbul edin”. Burton bunu martın 1-də James Fabiani-yə yazıb. Fabiani ABŞ-da həmin alyans üçün lobbiçilik edən şirkətin rəhbəridir.

AzadlıqRadiosunun əməkdaşı həmin məktubu görüb.

Bu barədə ətraflı məlumat birazdan saytımızda yerləşdiriləcək.

XS
SM
MD
LG