Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 15:15

Suriya danışıqları 2 günlüyə ertələnir


Staffan de Mistura

-

Suriyada atəşkəsin “tam oturuşmasından” ötrü sülh danışıqları 2 gün ertələnib, martın 9-na keçirilib. Bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura deyib.

Danışıqların fevral raundu 2 gündən sonra iflasa uğramışdı.

Birləşmiş Ştatlar və Rusiyanın əldə etdiyi atəşkəs razılaşması zorakılıqları azaldıb, ancaq tərəflər pozuntulardan da şikayətlənir.

Prezident Bashar al-Assad deyib ki, hökumət “bütün məsələnin həyata keçməsindən ötrü öz hissəsini icra edəcək”.

Rusiya son 24 saat ərzində Suriyada 15 pozuntu halını qeydə aldığını bildirib.

XS
SM
MD
LG