Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:20

Uşaq ölümündə artıma səbəb nədir?


Foto illüstrasiya
Foto illüstrasiya

-

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev «Turan»a deyib ki, uşaq ölümündə cüzi də olsa artım var: «2014-cü ildə bu göstərici 10 olub. 2015-ci il yanvarın 1-dən Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə yeni diri doğulma meyarları tətbiqi olunur. Ötən il uşaq ölümlərindəki bu artım da həmin meyarlarla bağlıdır. Yeni standartlara keçən ölkələrlə müqayisədə Azərbaycandakı cüzi artım yaxşı göstəricidir. Əvvəlki illərdə az çəkili uşaqlar ümumi statistikaya yeni doğulmuş uşaq kimi daxil edilmirdi. Buna görə də onların uşaq ölümlərinin statistikasına təsiri yox idi».

Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il çəkisi 500-1000 qramdan çox olan, ekstremal çəki ilə dünyaya gələn 260 uşaqdan 97-nin həyatını xilas etmək mümkün olub.

N.Quliyevin fikrincə, yeni doğulanlar arasında ölüm hallarında səhiyyənin vəziyyəti və həkimlərin rolu başlıca səbəb deyil. Burda ailədən, onun iqtisadi durumundan, dünyagörüşündən çox şey asılıdır. Uşaq ölümündə həkim səhvləri ilə bağlı rəqəmlərə malik olmayan baş pediatr daha sonra deyir:
«Heç bir həkim xəstəsinin vəziyyətinin ağırlaşmasını istəməz. Sadəcə, fors-major hallar bütün sahələrdə olur. Bununla belə hər belə fakt olduqca ciddi araşdırılır».

Nəsib Quliyevin dediyinə görə, Azərbaycanda 5 yaşadək uşaqlar arasında hər 1000 nəfərə 13-15 ölüm düşür: «Bu yaşdakı uşaqların ölümünün əsas səbəbi qazanılmış xəstəliklərdir. Əvvəllər infeksion xəstəliklər burda ilk yerləri tuturdu. Son illər müxtəlif qüsurlarla doğulanlar, məişət zədələri üzündən ölüm hallarının sayında artım var».

UNICEF-in məlumatlarına görə, 2014-cü ildə Cənubi Qafqazda uşaq ölümünə görə ən pis göstərici Azərbaycanda olub. Siyahıda 68-ci yerdə olan Azərbaycan Ermənistan və Gürcüstandan sonra, orta Asiya respublikalarından isə öndə gəlir.

XS
SM
MD
LG