Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 03:35

ABŞ Avropanın təhlükəsizliyini istəyir


Amos Hochstein

-

“Hazırda Avropa ölkələri Rusiya qazından asılıdır. Rusiya isə bundan siyasi məqsədləri üçün istifadə etməyə çalışır”.

Report-un xəbərinə görə, jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştayn belə deyib.

A.Hokştayn bildirib ki, ABŞ-ın Avropa ölkələrinə maye qaz satması onların vahid enerji təminatçısının asılılığına qarşı olduğunu göstəricisidir:

“Biz istəyirik ki, Avropanın enerji təhlükəsizliyi təmin olunsun. İstəmirik ki, Avropa vahid enerji təminatçısından asılı olsun və həmin təminatçı da bundan siyasi məqsədlər üçün istifadə etsin" - deyə A.Hokştayn vurğulayıb.

Amos Hochstein-in Bakıda keçirilən «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında iştirak edib.

«Cənub Qaz Dəhlizi» «Şahdəniz-2» çərçivəsində hasil edilən qazın 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutur.

XS
SM
MD
LG