Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 22:17

NATO atəşkəsə əməl olunduğunu deyir


Jens Stoltenberg

NATO ümumilikdə, Suriyada atəşkəsə əməl olunduğunu, amma Rusiyanın bu ölkədə hərbi iştirakının artmasından narahat olduğunu bildirir.

Təşkilatın baş katibi Jens Stoltenberg fevralın 29-da Yəməndə deyib ki, Rusiya Suriyada hərbi-hava qüvvələri, quru qoşunları və Aralıq dənizininin şərqində hərbi istirakını genişləndirir.

Həmçinin Rusiya çətində olsa da atəşkəsə əməl olunduğunu bildirir.

Amma Suriya müxalifəti fevralın 27-dən qüvvəyə minən atəşkəsin başlamamış iflasa uğradığını deyir.

Fransa isə bu arada pozuntuları müzakirə etmək üçün Suriya ilə bağlı Beynəlxalq Əlaqə Qrupunun təcili görüşünü keçirməyə çağırıb.

Atəşkəs “İslam Dövləti” qrupu və digər terrorçu təşkilatlara şamil edilmir.

5 ildir ki, davam edən Suriya münaqişəsində 250 mindən çox adam ölüb.

XS
SM
MD
LG