Keçid linkləri

2025, 10 Dekabr, çərşənbə, Bakı vaxtı 22:35
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive -Soyadsız pasportu olan bakılı

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

12:57 1.3.2016

Borc məhkəmələri dəfələrlə artıb

Azərbaycanda biznes qurumları ilə banklar arasında çoxsaylı mübahisələr yaranıb. Bu fikir isə «Azadlıq» qəzetindən götürülüb.

Həmin məqalədə qeyd edilir ki, manatın ucuzlaşması, iqtisadi aktivliyin aşağı düşməsi, şirkətlərin gəlirlərinin azalması bu sahədə məhkəmə mübahisələrinin sayını kəskin artırıb.

Qəzetdə yazılana görə, hətta vəkillər belə məhkəmə çəkişmələrinin 10 dəfədən çox artdığını deyirlər 

12:59 1.3.2016

Rusiya şairə görə nota verdi

Həbsdə olan şair Saday Şəkərlinin ailəsinin Rusiya prezidenti Vladimir Putinə müraciətindən sonra bu ölkə Azərbaycanın Xarici İşlər Nazirliyinə nota verib.

13:06 1.3.2016

Şair həbs olundu

Yevlax Rayon Məhkəməsində şair Mahir Mehdi barəsində 3 aylıq həbs qərarı verilib. Xəbəri «Report» yayıb.

M.Mehdi Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddələri ilə ittiham olunur.

Şuşada doğulan və köçkün həyatı keçirən M.Mehdi bir müddət media qurumlarında fəaliyyət göstərib. «Azadlıq» qəzetinin mədəniyyət şöbəsinin əməkdaşı olub.

13:34 1.3.2016

Hansı adlar olmaz?

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova keçən il çıxan 11 lüğət, yeni terminlər, adlar barədə AzadlıqRadiosunun suallarını cavablandırır.

"Son dövrdə belə bir ad üçün müraciət edilmişdi - Məmişov Əliş Pətöş oğlu. Burda artıq dili qorumaqdan ötrü müdaxilə lazımdır. Müdaxilə lazımdır ki, gələcəkdə bu ad bizim ad sistemimizə, o körpənin gələcəyinə mənfi emosiya gətirməsin. Adların qoyulması fərdi ailəyə mənsub deyil, ictimailəşmiş hadisədir. Ona görə belə adların qarşısı alınmalıdır."

Davamı

XS
SM
MD
LG