Tbilisinin küçə uşaqları
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
İtkin düşən neftçilərin axtarışı davam edəcək
«Günəşli» yatağındakı 10 saylı platformada baş verən yanğında itkin düşən neftçilərin ailələri martın 1-də Fövqəladə Hallar Nazirliyinin qarşısına toplaşmışdılar. Neftçi ailələrinin məqsədi nazir Kəmaləddin Heydərovla görüşmək idi.
Ancaq onları nazir yox, onun müavini qəbul edib. Bunu AzadlıqRadiosuna qəbula düşənlərdən Esmira Əhmədova deyib: «Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev ilə görüşdük. O bizə itkin neftçilərinin axtarıldığını və bu prosesin davam edəcəyini bildirdi».
Hizbollah rusca öyrənir
Suriyada rusiyalı zabitlərlə çiyin-çiyinə savaşmaq «Hizbullah»ın döyüş qabiliyyətini artırır. Karneqi Fondundan Alexander Corbeil belə yazır.
«Suriya müharibəsinə cəlb olunanı «Hizbullah» ağır itkilər verib, 1300-dən çox döyüşçüsü həlak olub, minlərlə yaralı var. Nəzarətində olan ərazilərə bəzi sosial xidmətləri kəsib və Suriya müharibəsindən ötrü yeniyetmələri toplamağa başlayıb. Qərb mediasının icmalı
DYP: i-patrul sistemi
Dövlət Yol Polisinin istifadəsində olan avtomobillərə quraşdırılmış i-patrul sistemi tam işə düşüb.
Bu haqda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
Fins.az-ın xəbərinə görə, i-patrul sistemi Bakı və Gəncədə tətbiq olunur. Sistemə quraşdırılmış 6 kamera 500 metr məsafəni görmək, qayda pozuntularını qeydə almaq iqtidarındadır.
Ancaq sistem 100 metr məsafədəki avtomobilin dövlət nömrə nişanını qeydə ala bildiyindən həmin radiusdakı inzibati xətalara uyğun elektron protokol tərtib ediləcək.