Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:43
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive -Soyadsız pasportu olan bakılı

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

13:26 4.3.2016

74 faiz

Vladimir Putin dördüncü dəfə prezidentliyə namizədliyini irəli sürsə, rusiyalıların böyük əksəriyyəti ona səs verərdi. Bu, Putin 2012-ci ildə prezidentliyə qayıdandan ən yüksək göstəricidir.

Məlumatı Rusiyanın WCIOM (Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi) dövlət sorğu mərkəzi yayıb. 1600 rusiyalı arasında sorğunun yanvarda keçirildiyi bildirilir. Onlardan 74 faizi Putin-ə «hə» deyib. Media icmalı

13:15 4.3.2016

Raqozin niyə gəlmişdi?

Politoloq Zərdüşt Əlizadə düşünür ki, Rusiyanın bu yaxınlarda Ermənistana silah satmaq üçün verdiyi 200 milyon dollarlıq kredit Azərbaycana təzyiqdir. Təzyiqdə məqsəd Azərbaycana da silah satmaq istəyidir. Amma o düşünür ki, ölkənin indiki maliyyə durumu belə addım atmağa imkan vermir: «O zaman rəsmi səfərlər işə düşür ki, silah alın. Nəticə olmayanda eyhamlar işə düşür ki, müharibə ola bilər, Ermənistan hücum edə bilər və s.».

13:07 4.3.2016

Xarici maşınları bahalaşdıran nədir? - Gömrük?

Xarici avtomobil firmalarının Azərbaycandakı nümayəndə və dilerlərinin gətirdiyi «birinci əl» minik maşınlarını rəsmiləşdirmək ildən-ilə daha baha başa gəlir.

12:40 4.3.2016

Yunuslar yenidən məhkəmədə

Hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar martın 4-də yenidən məhkəmə qarşısına çıxıb. Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə onların apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Bu məhkəmə işi Leyla və Arif Yunusların ölkədən çıxışlarına icazə verilməməsiylə bağlıdır.

Davamı

XS
SM
MD
LG