Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:25
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive -Soyadsız pasportu olan bakılı

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

20:40 3.3.2016

Bu günki AzadlıqLive-da:

Əmanətləri 3 illiyə limitsiz sığortaladılar, ancaq bir sıra şərtlər var. Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov qaydaları konkret misallarla izah edir

Gözlə
Embed

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid

Vaxtilə Bakının məşhur neft kəndi olan Ramananın sakinləri işsizlikdən, yolların bərbad olmasından şikayətlənir. Yerli sakin deyir ki, "neft baha olanda da, neft ucuz olanda da onun yalnız bir üzünü görürük- qara üzünü"

Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

Neft düşəndən Bakı pulsuzlayıbmı- amerikalı lobbiçi D.Burton bir ildir ki, maaş ala bilmirmiş, Rusiya qəzeti yazır ki, Azərbaycan Rusiyadan aldığı silahın pulunu ödəyə bilmir, baş nazirin müavini D.Ragozin ona görə qəfil Bakıya gəlib...

19:04 3.3.2016

Neftin qara üzü

Ramana kəndinin sakinləri deyir, neft baha da, ucuz da olanda onun ancaq bir üzünü görüblər.

Ramanadan reportaj axşam AzadlıqLive-da Radioda.

18:11 3.3.2016

Ragozin qəfil niyə gəlib?

"Kommersant" qəzeti: “Sifariş etdikləri texnika hazırlanıb və gətirilib. Lakin hələlik limanda dayanıb."

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana qəfil səfəri ilə bağlı mətbuatda müxtəlif fikir və mülahizələr səslənir. Onun prezident İlham Əliyevlə danışıqlar aparacağı bildirilir.

“Turan” Rusiyanın “Kommersant” qəzetinə istinadən bildirir ki, “Enerji resurslarının qiymətinin enməsi ilə əlaqədar Bakı öncə bağlanmış silah müqavilələrinə görə ödəniş edə bilmir. Azərbaycan tərəfinin Rusiyanın Ermənistana silah göndərməsi məsələsini də qaldıracağı istisna olunmur”

17:09 3.3.2016

İstanbulda polisə hücum edən 2 qadın öldürüldü

İstanbulun ətrafında, polis məntəqəsi qabağında polis maşınına hücum edən iki qadın güllələnib.

CNN Türkün məlumatına görə insident martın 3-də baş verib.

Avtobus polis məntəqəsinə yaxınlaşanda qadınlardan biri əl qumbarası atmışdı, ikincisi isə atəş açmağa başlamışdı.

Davamı

XS
SM
MD
LG