Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 16:16
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive -Soyadsız pasportu olan bakılı

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

13:49 3.3.2016

Nadia Savchenkonun məhkəməsidir

Martın 3-də Rusiyada ukraynalı pilot Nadia Savchenko-nun məhkəməsində vəkillər çıxış edir. Pilot Ukraynanın şərqində iki rusiyalı jurnalistin ölümü ilə əlaqədar mühakimə olunur.

Savchenko-nun da son sözlə çıxış edəcəyi, ona hökm oxunacağı gözlənir. Martın 2-də prokuror pilota 23 il həbs cəzası istəyib. Canlı yayım:

13:07 3.3.2016

Neftə öldürücü zərbə gəlir - elektromobildən

Bloomberg saytının neft yazarlarından Tom Randall-ın fikrincə neft qiymətlərinə yeni və öldürücü bəla elektriklə işləyən avtomobillərdən gəlir.

Məqalədə deyilir ki, bu onilliyin ərzində elektrik avtomobilləri neft bazarlarına dağıdıcı zərbə vuracaq.

12:59 3.3.2016

Respublikaçıların Trump problemi

Ötən “super çərşənbə axşamı” praymerizlərində 7 ştatda qalib gəlmiş Donald Trump partiyadaşlarının ciddi narahatlığına səbəb olub.

Respublikaçıların ən uğurlu namizədi özünü “birləşdirici” adlandırsa da, partiyanın vəzifəliləri onun liderliyinə qəti etiraz edirlər.

Senator Lindsey Graham çərşənbə günü bəyan edib ki, cənab Trump noyabr prezident seçkisini uduzuacaq.

12:53 3.3.2016

Anar Məmmədov lobbiçinin pulunu vermədi

Keçmiş ABŞ konqresmeni daha Azərbaycan üçün lobbiçilik etməyəcək. Nümayəndələr Palatasının keçmiş respublikaçı üzvü Dan Burton bir ildir maaş ala bilmədiyinə görə istefa verdiyini yazır.

Davamı

XS
SM
MD
LG