Bu günki AzadlıqLive-da :
Jurnalist Elmar Hüseynovun qətlindən 11 il keçir, sifarişçilər, icraçılar hələ cəzalanmayıb
Sığortasız, kəmərsiz sürücülərə cəzalar sərtləşdi. Əvvəlki qaydalarla indikilərin fərqi nədir? Hüquqşünas Ərşad Hüseynov izah edir
Devalvasiyalardan sonra xırda sənətkarların işi necə gedir? Pinəçi Kamil deyir ki, əvvəllər bu qədər nimdaş ayaqqabı
Pinəçi Kamil deyir ki, əvvəllər heç kim təmirə bu qədər nimdaş ayaqqabı gətirməzdi...
Müştəri ayaq qoymağa yer olmayan, iki kvadratmetrlik köşkün qapısını açıb ayyaqabını verir. O da gülərüzlə müştəriyə ayaqqabılarının nə vaxta hazır olacağını söyləyir. Buraya “iş yeri” demək də çətindir, tərpənməyə yer yoxdur axı. Ancaq onun üzündən təbəssüm əskik deyil.
31 yaşlı pinəçi Kamil şəhərin mərkəzindəki dar hücrəsində hər gün səhər 9-dan işə belə başlayır. Devalvasiyalardan sonra xırda sənətkarlar necə dolanır? Ətraflı reportaj axşam AzadlıqLive-da Radioda
Bakıda köhnə tikili qalmayacaq
Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarındakı köhnə binaların hamısı söküləcək.
Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. İndi verilıən məlumata görə, qərar fevralın 25-dən qüvvəyə minib.
Qərara görə, 1100-ə qədər bina söküləcək. Həmin binalarda üst-üstə 50 mindən çox insan yaşayır.
Hikmət Hacıyev: "Suriyadan yüzlərlə erməni ailəsi Dağlıq Qarabağa yerləşdirilib"
Azərbaycan Xarci İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib ki, Suriya böhranı başlayandan erməni mənşəli suriyalıların işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırılır: “15-20 min suriyalı qaçqın Ermənistana yerləşdirilib.Onlardan yüzlərlə ailənin işğal altında olan ərazilərimizdə qeyri-qanuni yerləşdirilməsinə dair məlumatlar var."