Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 18:55
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive -Soyadsız pasportu olan bakılı

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

14:11 2.3.2016

Bankların valyuta tələbatı tam ödənir

Mərkəzi Bankın sədri Elman Rüstəmov bankların valyuta tələbatının tam ödəndiyini deyib.

«Trend»in xəbərinə görə, o, deyib ki, Azərbaycan bankları hərraclar vasitəsilə kifayət qədər həcmdə valyuta alırlar. Vəzifəmiz valyuta ilə təmin etmək deyil, manatın məzənnəsinin ciddi dəyişməsinin qarşısını almaqdır»

13:47 2.3.2016

Kadyrov gedə bilərmi?

«Kremlin aydın bir mənzərəsi yaranan kimi, onu yenidən çalxalayan nəsə baş verir. Həftəsonu Çeçenistan prezidenti Ramzan Kadyrov bu il seçkiyə namizədliyini verməyəcəyini açıqlayıb. O, varisinin adını çəkməyib, ancaq onu da deyib ki, siyasətdən birdəfəlik gedir. Amma Rusiyanı izləyənlər bir şeyi dəqiq bilirlər ki, vəzifəsindən qoparılmayacaq iki nəfər var: Prezident Vladimir Putin və Kadyrov». Bunu«Stratfor» Araşdırmalar Mərkəzi yazır.

13:29 2.3.2016

Martın 2-si Elmar Hüseynovu anarkən...

Tanınmış jurnalist, «Monitor» jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Qətlin üstündən 11 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar. 

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.

13:07 2.3.2016

"Super çərşənbə axşamını" Trump və Clinton udur

İlkin məlumatlara görə, respublikaçı Donald Trump və demokrat Hillary Clinton praymeriz seçkilərində öndə gedir. “Super çərşənbə axşamı” adlandırılan praymeriz seçkilərində Trump 12 ştatdan 6-da, Clinton isə 7-də qələbə qazanıb. İlkin nəticələri CNN, Fox News və digər televiziya kanalları yayıb.

Davamı

XS
SM
MD
LG