Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 20:33
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive -Soyadsız pasportu olan bakılı

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

18:31 1.3.2016

Pedro Agramunt İlqar Məmmədovla görüşdü

Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt ReAl hərəkatının həbsdəki sədri İlqar Məmmədovla görüşüb. (Foto aşağıda)

Bu haqda AŞPA prezidenti rəsmi Twitter səhifəsində xəbər verib.

17:07 1.3.2016

DYP: i-patrul sistemi

Dövlət Yol Polisinin istifadəsində olan avtomobillərə quraşdırılmış i-patrul sistemi tam işə düşüb.

Bu haqda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Fins.az-ın xəbərinə görə, i-patrul sistemi Bakı və Gəncədə tətbiq olunur. Sistemə quraşdırılmış 6 kamera 500 metr məsafəni görmək, qayda pozuntularını qeydə almaq iqtidarındadır.

Ancaq sistem 100 metr məsafədəki avtomobilin dövlət nömrə nişanını qeydə ala bildiyindən həmin radiusdakı inzibati xətalara uyğun elektron protokol tərtib ediləcək.

15:18 1.3.2016

Hizbollah rusca öyrənir

Suriyada rusiyalı zabitlərlə çiyin-çiyinə savaşmaq «Hizbullah»ın döyüş qabiliyyətini artırır. Karneqi Fondundan Alexander Corbeil belə yazır. 

«Suriya müharibəsinə cəlb olunanı «Hizbullah» ağır itkilər verib, 1300-dən çox döyüşçüsü həlak olub, minlərlə yaralı var. Nəzarətində olan ərazilərə bəzi sosial xidmətləri kəsib və Suriya müharibəsindən ötrü yeniyetmələri toplamağa başlayıb. Qərb mediasının icmalı

14:49 1.3.2016

İtkin düşən neftçilərin axtarışı davam edəcək

«Günəşli» yatağındakı 10 saylı platformada baş verən yanğında itkin düşən neftçilərin ailələri martın 1-də Fövqəladə Hallar Nazirliyinin qarşısına toplaşmışdılar. Neftçi ailələrinin məqsədi nazir Kəmaləddin Heydərovla görüşmək idi.

Ancaq onları nazir yox, onun müavini  qəbul edib. Bunu AzadlıqRadiosuna qəbula düşənlərdən Esmira Əhmədova deyib: «Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev ilə görüşdük. O bizə itkin neftçilərinin axtarıldığını və bu prosesin davam edəcəyini bildirdi».

Davamı

XS
SM
MD
LG