Tbilisinin küçə uşaqları
2000-ci illərin ortalarından Gürcüstan hakimiyyəti sosial-iqtisadi islahatlara başlayıb. Gündəlikdə duran məsələlərdən biri evsiz və yetim uşaqlarla bağlı olub. Müəyyən uğur əldə edilsə də, ölkədə hələ də küçələrdə çoxlu sayda kimsəsiz uşaqlara rast gəlinir. Onnik Jeyms Krikoryanın fotolayihəsi
Hansı adlar olmaz?
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova keçən il çıxan 11 lüğət, yeni terminlər, adlar barədə AzadlıqRadiosunun suallarını cavablandırır.
"Son dövrdə belə bir ad üçün müraciət edilmişdi - Məmişov Əliş Pətöş oğlu. Burda artıq dili qorumaqdan ötrü müdaxilə lazımdır. Müdaxilə lazımdır ki, gələcəkdə bu ad bizim ad sistemimizə, o körpənin gələcəyinə mənfi emosiya gətirməsin. Adların qoyulması fərdi ailəyə mənsub deyil, ictimailəşmiş hadisədir. Ona görə belə adların qarşısı alınmalıdır."
Şair həbs olundu
Yevlax Rayon Məhkəməsində şair Mahir Mehdi barəsində 3 aylıq həbs qərarı verilib. Xəbəri «Report» yayıb.
M.Mehdi Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddələri ilə ittiham olunur.
Şuşada doğulan və köçkün həyatı keçirən M.Mehdi bir müddət media qurumlarında fəaliyyət göstərib. «Azadlıq» qəzetinin mədəniyyət şöbəsinin əməkdaşı olub.
Rusiya şairə görə nota verdi
Həbsdə olan şair Saday Şəkərlinin ailəsinin Rusiya prezidenti Vladimir Putinə müraciətindən sonra bu ölkə Azərbaycanın Xarici İşlər Nazirliyinə nota verib.