Borc məhkəmələri dəfələrlə artıb
Azərbaycanda biznes qurumları ilə banklar arasında çoxsaylı mübahisələr yaranıb. Bu fikir isə «Azadlıq» qəzetindən götürülüb.
Həmin məqalədə qeyd edilir ki, manatın ucuzlaşması, iqtisadi aktivliyin aşağı düşməsi, şirkətlərin gəlirlərinin azalması bu sahədə məhkəmə mübahisələrinin sayını kəskin artırıb.
Qəzetdə yazılana görə, hətta vəkillər belə məhkəmə çəkişmələrinin 10 dəfədən çox artdığını deyirlər
Bu günki AzadlqLive-da:
Azərbaycanın media və insan haqları fəalları AŞPA prezidenti Pedro Agramuntla nədən danışdılar?
DiCaprio aktyor kimi, Morricone bəstəkar kimi axır ki, "Oscar" aldılar
DİN etiraz olaraq erməni tərəfə keçmək istəyən 25 Qəbələ sakini ilə bağlı açıqlama verdi
DİN,axır ki, açlıqlama verdi
DIN Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisinə keçmək istəyən Qəbələ sakinləri ilə bağlı açıqlama verib.
Fevralın 26-da Qəbələ rayonundan olan 25 nəfər Azərbaycan və Ermənistan hərbi birləşmələrinin təmas xəttindən erməni tərəfə keçmək istəmişdilər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Modern.az”a belə deyib.
Nazirlik sözçüsü bildirib ki, Qəbələ rayonunun, aralarında azyaşlıların da olduğu 25 sakini Ağdamın Mirbəşirli kəndinə gəliblər. Onlar məhkəmənin hökmü ilə məhkum olunmuş qohumlarının azadlığa buraxılmayacağı təqdirdə təmas xəttini keçəcəklərini bildiriblər.
Morricone ilk dəfə Oscar aldı
Məşhur bəstəkar Ennio Morricone rejissor Kventin Tarantinonun "The Hateful Eight" filminin müsiqisinə görə "ən yaxşı saundtrek" nominasiyasında Oscar mükafatına layiq görülüb.
87 yaşlı Morricone indiyədək 6 dəfə "Oskar"a nominant olsa da, bu mükafatı ilk dəfə alıb. O, 1960-cı illərdən bəri 450 filmə musiqi yazıb.