Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:15

Körpə böyüdən ana işdən çıxarıla bilməz


Foto arxiv
Foto arxiv

-

Konstitusiya Məhkəməsinin Palatası Xətai Rayon Məhkəməsinin müraciətinə dair Qərardad qəbul edib. Bununla da Əmək Məcəlləsinin 70-ci, 72-ci və 79-cu maddələrində təsbit edilmiş normalar arasındakı ziddiyyətlərə aydınlıq gətirilib. Xəbəri «Report» yayıb.

Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlib ki, hamilə və öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə zidd sayıla bilməz.
Bu güzəştli norma müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi, sosial təminatlarının gücləndirilməsi əsas götürülüb.

Palata qərar verib ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı məhkəmələr Konstitusiyada təsbit olunmuş və dövlət tərəfindən təmin edilən sosial dəyərləri nəzərə almaqla uyğun nəticəyə gələ bilərlər.

XS
SM
MD
LG