Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 00:48

-

İranın mötədil prezidenti Hassan Rohani-nin müttəfiqləri parlament seçkisində ciddi uğur qazanıblar. Onlar parlamentdə Tehran üçün nəzərdə tutulmuş 30 yerin hamısını əldə ediblər.

Fevralın 28-də səssayma prosesi yekunlaşıb. Nəticələrə görə, mötədillər Ekspertlər Məclisində də sərt xətt tərəfdarlarına qarşı üstünlük qazanıblar.

Rohani-nin müttəfiqi, keçmiş prezident Akbar Hashemi Rafsanjani paytaxt Tehrandan Məclisə seçkinin nəticələrində liderdir. Rohani burada üçüncü yerdədir. Paytaxtdan məclisə 16 təmsilçi seçilir.

Fevralın 26-da 290 yerlik parlamentə və 88 üzvü olan Ekspertlər Məclisinə seçki keçirilib.

Minlərlə mötədil seçkiyə buraxılmamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG