Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:36

Ukrayna aqrar sahədə «super gücə» çevrilir


Ukrayna 2015-2016-cı illərdə rekord həddə taxil ixrac etməyi düşünür.
Ukrayna 2015-2016-cı illərdə rekord həddə taxil ixrac etməyi düşünür.

-

Ukrayna kənd təsərrüfatı üzrə «super güc»ə çevrilə bilər. Bunu ABŞ-ın Ukraynadakı səfiri Geoffrey Pyatt deyib. O, Ukraynanın ABŞ-ın nəhəng «Cargill» şirkəti ilə bağladığı müqaviləyə işarə edərək söyləyib ki, bu, ölkənin aqrar sahədə iri güclərdən birinə çevrilməsinə yardımçı olacaq.

Ukraynanın «M.V.Cargo» firması «Cargill» ilə buğda ixracı terminalının tikintisi üzrə razılaşma əldə edib.

100 milyon dollarlıq saziş Kiyevdə siyasi böhranın dərinləşdiyi bir vaxta təsadüf edir.

«Ukrayna artıq dünyanın iri buğda ixracatçısıdır, ancaq bu layihə ölkəni kənd təsərrüfatı sahəsində super gücə çevirəcək», - amerikalı səfir Geoffrey Pyatt fevralın 24-də sazişin imzalanması mərasimində deyib.

İXRACAT ARTIB

Dünyanın ən çox qaratorpaq ərazilərinə malik ölkələrdən biri olan Ukrayna 2015-ci ildə aqrar sahə üzrə məhsul ixracatını 16.5 milyard dollara çatdırıb. Səfir bildirib ki, belə bir göstəricisi olan ölkə iqtisadi islahatlarla daha çox investor cəlb edə bilər.

Geoffrey Pyatt-ın sözlərinə görə, «Cargill» kimi şirkətlər antikorrupsiya tədbirləri aparan, qanunvericilikdə islahatlar həyata keçirən hökumət və prezident axtarır.

Ukrayna rəsmiləri deyirlər ki, bu razılaşma iri şirkətlərin ölkənin gələcəyinə inamının vacib göstəricisidir.

Baş nazir Arseniy Yatsenyuk hesab edir ki, amerikalı tərəfdaşların onları ümidverici və investisiyalar üçün əlverişli yer sayması üçün Ukrayna ilk addımı atıb.

Kənd təsərrüfatı naziri Oleksiy Pavlenko deyib ki, Ukraynanın 2015-2016-cı illərdə taxıl ixracatını rekord həddə -37 milyon tona çatdıracağı gözlənilir.

YENİ TERMİNALIN GÜCÜ

Ukrayna rəsmiləri qeyd edirlər ki, Odessa regionundakı yeni taxıl terminalı illik 5 milyon ton qəbul etmək gücünə sahib olacaq, ancaq sonralar terminalın gücü 50 faizə qədər arta bilər.

«Cargill» şirkəti bildirib ki, yeni terminalın iki il ərzində tikiləcəyi gözlənilir. «Bu yeni terminal Ukrayna fermerlərinə, iqtisadiyyata və qlobal ərzaq təhlükəsizliyinə fayda verəcək», - şirkət rəsmisi Andreas Rickmers deyib.

150 yaşlı «Cargill» şirkəti gündə 500 yük gəmiləri ilə ərzaq daşınması ilə məşğuldur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG