Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:56

"Zibilliklərdən plastik qablar yığıb yandırırıq ki, donub ölməyək”


Yeni Atakişili
Yeni Atakişili

►Bələdiyyə sədri deyir, sakinlər səbirli olsun ki, qəsəbənin də hər işi düzəlsin

“16 ildir bu qəsəbədə yaşayırıq. Yaşamaq demək mümkünsə… Yolsuzluq axırımıza çıxıb. Bir tərəfdən də kanalizasiyanın yoxluğu, qaz xəttinin olmaması…”

Kürdəmirin Yeni Atakişilli qəsəbəsinin sakini Nəcib Mənsimov AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edir:

“Qəsəbə rayona bitişik “dörd yol” deyilən ərazidə yerləşir. Yaxınlığımızda Heydər Əliyev muzeyi ilə eyni adlı park yerləşir. O boyda ərazidə bircə baxımlı yer də həmin muzeylə parkdır”.

Sakinin deməsinə görə, kanalizasiyanın olmaması məhəllələrdə yığılan qrunt suların həyətlərə dolmasıyla sonuclanır:

“İcra başçısının qəbulunda olanda şirin vədlər verib yola salır. Rayon qaz idarəsinin rəisi də eləcə. Hamı vəd verir, ancaq bu vədlər nə vaxt həyata keçəcək, o tarixi açıqlayan yoxdur”.

_____________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

“PLASTİK QABLAR YANDIRIRIQ”

Yeni Atakişili
Yeni Atakişili

Sakinin istədiyi odur ki, regionların inkişafı ilə əlaqəli fərmanların icrası onların da qəsəbəsinə gəlib çatsın:

“Bəs bu qədər fərmanlar nəyə görə verilir? Milyonlar nəyə görə ayrılır? Prezident fərman verib ki, bu rayonun bütün kəndləri qazla təmin olunsun. Biz də rayonun tərkibində bir yaşayış ərazisiyik. Niyə bizə şamil olunmur? Bildiyimizə görə, Kürdəmirin bütün ucqar kəndləri qazlaşdırılıb. Biz isə rayonun mərkəzinə yaxın ola-ola zibilliklərdən plastik qablar yığıb yandırırıq ki, donub ölməyək”.

Sakin deyir, sonuncu dəfə rayon qaz idarəsində olanda sakinlərdən qazlaşdırma üçün pul istənilib:

“Dedilər ki, “boru almaq üçün 200 manatdan yığın, boru alınsın, gələk qazı çəkək. Sonra yenə 200 manatdan yığarsız, sayğac alarsız, gəlib quraşdırarıq””.

“XARİCİ TƏŞKİLAT GENİŞ YOL ÇƏKƏCƏK”

Rayon qaz idarəsindən deyilənlərə münasibət almaq mümkün olmadı.

Yeni Atakişili qəsəbəsinin bələdiyyə sədri Habil Ömərov isə AzadlıqRadiosuna bildirib ki, kanalizasiya xətləri çəkilir, indi müəyyən səbəblərdən yarımçıq qalıb:

“Qaz xətti də çəkilir. Yaxın vaxtlarda qazlaşdırma işlərinə başlanılacaq. Qaldı ki, yollara, bir xarici icma ilə danışıqlar aparılır, nümayəndələri gəlməlidir, baxış keçirilməlidir, bütün daxili yolların çınqıllanmasını öz üzərinə götürəcək. Xarici bir təşkilat qəsəbədə geniş bir yol layihəsi həyata keçirəcək”.

Bələdiyyə sədri deyir, sakinlər səbirli olsalar, qəsəbənin hər işi düzələcək.

Buna da bax...

Astara gömrüyündə gərginlik
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

XS
SM
MD
LG