Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:50

Olimpiya stadionunda "analoqu olmayan" sürücülük kursu açıldı


Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

►Bar da açılıb. Dükanlar, ofislər də icarəyə verilir. Toy elanları verilsə də, hələ toy çaldırmaq istəyən yoxdur

Bir müddət əvvəl toy xəbəri ilə gündəmə gələn Bakı Olimpiya Stadionunda sürücülük kursu açılıb.

Ancaq “Təhlükəsiz sürücülük” adlanan kursda heç də sıfırdan sürücülük öyrədilmir. Peşəkar sürücülərə təcrübələrinə artırmağa yardım edirlər.

Analoqu olmayan sürücülük kursu

Bu haqda AzadlıqRadiosuna stadionun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib:

“Bu kursların Azərbaycanda analoqu yoxdur. Bu kurslarda bütün hava şəraitləri yaradılır. Məsələn, bu gün hava günəşlidir. Ancaq onlar dumanlı, yağışlı, qarlı hava şəraiti yaradırlar. Kursun məqsədi odur ki, insanlar evə tez yox, sağlam çatsınlar. Müxtəlif şəraitləri yaradırlar ki, insanlar maşınları təhlükəsiz idarə etsinlər. ”

Futbola stadionda, ancaq barda baxarlar

Bakı Olimpiya Stadionunda futbola baxmaq üçün bar da açılıb. Söhbət stadionda oynanılan hansısa qarşılaşmadan getmir. İdman barında iri ekranlar quraşdırılıb, canlı yayında matçlar göstərilir:

“Hər gün hər kəs idman barına gələ bilər. İndi Çempionlar Liqasının matçları, Türkiyə Liqasının matçları göstərilir. Giriş sərbəstdir, ödəniş isə burdakı sifarişlərə görədir”.

Bakı Olimpiya Stadiondan ayrı-ayrı şəxslər ofis kimi də istifadə edə bilərlər. Ofislər avadanlıqlarla birlikdə icarəyə verilir.

_____________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

Stadion turları 5- 25 manatdır

Bundan başqa, indi hər kəs Olimpiya Stadionuna baş çəkə, bələdçisiz gəzib-dolaşa, velosiped sürə, skamyada otura bilər. Yox, əgər infrastrukturla tanış olmaq istəyərsə, məktəblilər 5 manatından, böyüklər isə 10 manatından keçməlidir:

“Stadiona turlar zamanı texniki zona, əsas meydança göstərilir. Stadionun tikintisi ilə bağlı film nümayiş olunur”.

Stadiona VİP turların qiyməti ayrıdır – 25 manat.

Toylardan nə xəbər?

Bəs, toylardan nə xəbər var? Cəmilə Mehdiyeva deyir ki, mediada yayıldığı kimi, martın 19-da Olimpiya Stadionunda toy olmayacaq. Ancaq maraqlananlar var:

“Bu layihəyə maraq böyükdür. Qarşıdan yay gəlir, maraqlananlar çoxdur. Gəlib yerlərə baxanlar da var. Ancaq hansısa tarixdə toy olacağı hələ dəqiqləşməyib”.

Bakı Olimpiya Stadionunda restoranlar da fəaliyyət göstərir. Kafelər, dükanlar, fitnes mərkəzləri, ofislər icarəyə verilir. Hazırda dükan icarəyə götürən yoxdur. Ancaq müraciət olsa, idman mağazlarının açılmasına üstünlük veriləcək, nəinki ərzaq, geyim mağazasına. Stadionun sözçüsü deyir ki, yaradılan infrastruktur, əyləncə yerləri əhalini stadiona gəlməyə cəlb etmək üçündür.

Bakı Olimpiya Stadionu 2015-ci ildə açılıb. Burada ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, atletika oyunları keçirilib.

Avro-2020 Avropa Çempionatının qrup və dörddə bir final mərhələsinin oyunlarının dabu stadionda keçirilməsi planlaşdırılır.

Stadionun inşası Azərbaycan büdcəsinə 640 milyon dollara başa gəlib.

Buna da bax...

Messi 5 yaşlı əfqan fanatına forma göndərdi- [Video]
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

XS
SM
MD
LG