Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 01:06

Avropa Komissiyasının Gürcüstana viza rejimini qaldıracağı, amma Ukrayna ilə bağlı eyni qərarı ola bilsin ki, təxirə salacağı gözlənilir.

Avropa Komissiyası ötən ilin dekabrında bu ölkələrin Şengen zonasında vizasız hərəkətlə bağlı kriteriyaları yerinə yetirdiklərini bəyan eləmişdi.

Komissiya 2016-cı ilin əvvəllərində bununla bağlı Avropa Birliyi ölkələri və Avropa Parlamentinə təklif göndərəcəyini bildirmişdi.

Amma adı çəkilməyən Avropa rəsmisi Brüsseldə AzadlıqRadiosunun müxbirinə bildirib ki, Ukrayna Korrupsiya ilə mübarizədə lazımınca iş görsə də təklifdə Gürcüstanla yanaşı yer almamalıdır.

Rəsmilər həmçinin ehtiyat edir ki, Ukraynanın bura salınması Avropa Birliyi ilə Ukrayna arasında asosasiya sazişi ilə bağlı apreldə Niderlandda keçiriləcək referenduma mənfi təsir göstərə bilər.

Qeyd edək ki, hər iki ölkənin Şengen zonasında azad hərəkətini Avropa Parlamenti ilə 28 üzv dövlət də təsdiqləməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG