Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17

Əli Əhmədov Rusiyanı qınayır


Əli Əhmədov
Əli Əhmədov

-

«Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini bir çox beynəlxalq qurumlar təsdiqlədiyi halda, o dövlətə silah satılması Cənubi Qafqazda gərginliyin artmasına xidmət edən əlavə addımlardır».

«Trend»in xəbərinə görə, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, Ermənistana silah satılmasını ikili standart, bölgədə sabitliyin pozulmasına cəhd kimi dəyərləndirir.

Baş nazirin müavini qeyd edib ki, bəzi hallarda bu silah-sursat Ermənistana çox ucuz qiymətə satılır: «Əlbəttə, onların bu barədə həmişə bəhanələri olur. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması kimi bəhanələr gətirilir. Bəhanəni də həmişə tapmaq olar. Biz bunu pisləyirik. Biz bunu ikili standartların əsas forması sayırıq. Əgər belə bir hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin yenidən bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq».

Rusiya bu günlərdə Ermənistana ondan silah almaq üçün 200 milyon həcmində dövlət krediti ayırıb. Borc, ödənişin 2018-ci ilin əvvəlinədək təxirə salınması şərti ilə, 10 il müddətinə verilib.

XS
SM
MD
LG