-
Fevralın 24-də Mərkəzi Bank növbəti valyuta hərracı keçirib.
Mərkəzi Bank hərracda satışa 30 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Hərracda iştirak edən 14 bankın tələbi isə ümumilikdə 66.760 milyon ABŞ dolları olub. Nəticədə sifarişlərin yalnız 44.9 faiz təmin olunub.
Əvvəlki günlərdə isə valyuta hərracında əks proseslər baş verirdi. Mərkəzi Bank satışa təqribən 200 milyon ABŞ dolları çıxarırdı. Banklar isə bu vəsaitin yalnız bir hissəsini alırdılar.