Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 02:51

-

Gələn ay 8 ölkənin prezidenti Bakıya gələcək. Prezidentlər martın 10-11-də keçiriləcək IV Qlobal Bakı forumunda iştirak edəcəklər.

APA xəbər verir ki, foruma Gürcüstan, Bolqarıstan, Fələstin, Albaniya, Makedoniya, Monteneqro, Sloveniya və Bosniya və Herseqovinanın ölkə başçıları qatılacaq.

IV Qlobal Bakı forumu “çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunub. Tədbirdə dünyada etnik, dini ,siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya və enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək. Forum 2013-cü ildən başlayaraq hər il keçirilir.

XS
SM
MD
LG