Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:49

Bakıda yağış, rayonlarda qar yağacaq


Yağış
Yağış

-
Fevralın 24-də Bakı və Abşeronda havanın dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin bildirdiyinə görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacaq. Ayrı-ayrı yerlərdə duman olacağı, mülayim cənub küləyi əsəcəyi ehtimalı var.

Abşeronda havanın hərarəti gecə 4-6, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Ölkənin rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti proqnozlaşdırılır.

XS
SM
MD
LG