Khamenei siyasi şiəliyi qəbul etməyə çağırır
İranın Ali dini rəhbəri Ali Khamenei Azərbaycanı siyasi şiəliyi qəbul etməyə çağırıb. Bu barədə Tehranın yarı-rəsmi «Mehr» xəbər agentliyi məlumat yayıb.
Mərkəızi Bank nə edəcək?
İqtisadçı ekspert Vüqar Bayramov düşünür ki, açıqlamadığı səbəblərdən manatı möhkəmləndirən MB son həftələr dollara tələbatı tam ödəyə bilmir: «Təxminən 4 milyard dollar valyuta ehtiyatı olan MB-nin 37 milyon dollara yaxın vəsaiti bazara çıxarmamasının səbəbləri qaranlıqdır. Bununla yanaşı, MB-nin bu addımı bazarda, eləcə də əhali arasında yenidən çaşqınlıq yaradır. Bu, eyni zamanda banklarda valyuta qıtlığına və həmçinin «qara bazar»ın yenidən canlanmasına da səbəb ola bilər. Digər tərəfdən, bir sualın da cavabı maraqlıdır: Görəsən, baş bankda dollar tələbinin ödənilməməsinin mənfi təsirləri qiymətləndirilir?».
İlhamə Quliyeva vəfat edib
Müğənninin ailəsindən APA-ya bildirib ki, xalq artistinin vəziyyəti bu gün səhər qəflətən pisləşib.
Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb, İ. Quliyeva vəfat edib.
İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakıda anadan olmuşdu.
Azərbaycan kimin yanındadır? Türkiyənin yoxsa İranın?
Prezident İlham Əliyevin İran səfərində prezident Hassan Rouhaninin “Suriya məsələsi ilə bağlı İlham Əliyevlə ortaq fikirləri paylaşdıq” deməsi Azərbaycanın kimin – Türkiyənin, yoxsa İranın yanında olması sualını yenidən aktuallaşdırıb.