Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:57
İran seçki
İran seçki

AzadlıqLive - Prezident tərəfdarları seçkini udur

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

13:41 25.2.2016

Kuba ölkənin bir neçə dissidentinə xaricə səfər etmək icazəsi verib

Kuba bildirir ki, Barack Obamanın səfəri ərəfəsinə təsadüf edən bu icazə hökumətin “öz seçimi” ilə verilir.

13:59 25.2.2016

Bakıdan bölgələrə köçənlərin sayı artır

Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazir köçü kənd təsərrüfatının və aqrar sektorun inkişafının şərtləndirdiyini vurğulayıb.

14:05 25.2.2016

Kolxoza qayıdış

“İri həcmli təsərrüfat vahidləri yaratmaq üçün son vaxtlar fermer təsərrüfatlarını birləşdirmək səyləri artır. Elə bu kolxozların yaranması deməkdir . Son mərhələdə də sovxoza dönəcəklər”
Bu fikirlər “Exo” qəzetində aqrar sahədəki prosess barədə yazılmiş bir məqalədən götürülüb. Məqalədə bu addımlar səmərəsiz hesab edilir:
“Kolxozların yaradılması cəhdləri yaxşı nəticəyə gətriməyəcək. Bu mənada bolşeviklərin səhvlərini təkrar etməyə ehtiyac yoxdur".

14:53 25.2.2016

Palçıq vulkanları həm də puldur

Azərbaycanda palçıq vulkanları hər daşıb püskürəndə onun faydası yada düşür. Bu bir qədər müzakirə edilir, sonra yaddan çıxır...

«Ölkədə 350-yə yaxın palçıq vulkanı olsa da, püskürmə daha çox Qobustan, Şamaxı və Xəzər akvatoriyasında müşahidə olunur. Dünyada vulkan püskürməsi olan ərazilərə turistlər çox maraq göstərirlər. Azərbaycan vulkanlarının isə bu sarıdan bəxti gətirməyib».

Davamı

XS
SM
MD
LG