Azərbaycan Rusiyaya nota verdi
Azərbaycan Ermənistana silah alınması üçün kredit verdiyinə görə Rusiyaya nota ünvanlayıb.
Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev açıqlama yayıb.
Fevralın 19-da Ermənistana silah və hərbi texnika alınması məqsədilə 200 milyon dollar kredit verilməsini nəzərdə tutan saziş qüvvəyə minib.
Evlənənlərdə hansı xəstəliklər tapılır?
Nikaha daxil olmaq istəyən 5 min 780 nəfərdə talassemiya, 55 nəfərdə QİCS, 267 nəfərdə isə sifilis xəstəliyi aşkar edilib.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva «Trend»ə belə deyib.
İlk müdafiə nazirinin məzarı tapıldı
Azərbaycan Cümhuriyyətinin ilk müdafiə naziri Xosrov bəy Sultanovun məzarı tapılıb.
Bu haqda APA-ya ilk hərbi nazirin mənsub olduğu nəslin nümayəndəsi, araşdırmaçı Orxan Cəbrayıl məlumat verib.
Bu günki AzadlıqLive-da:
Amnesty İnternational yeni hesabat yayıb: Azərbaycanda keçən ilin sonuna azı 18 vicdan məhbusu vardı...
76 yaşlı ana oğlunun Vətənə xəyanət ittihamını dilinə belə gətirmək istəmir, deyir ki, oğlu jurnalist Rauf Mirqədirov elə tərbiyə görməyib ki, xalqa, Vətənə xəyanət etsin.
İslam Dövləti yaraqlılarının 400 metrliyində yaşayanlar. Azadlıq Radiosunun müxbirinin gördükləri