Bakı "həyat keyfiyyəti"ndə 197-cidir
-Nüfuzlu Mercer konsaltinq şirkətinin 2016-cı il üçün ənənəvi “şəhərlər və keyfiyyətli həyat” reytinqində Bakı 230 şəhər arasında yalnız 197-ci yeri tuta bilib.
Amnesty İnternational hesabat yayıb: azı 18 vicdan məhbusu
Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, vətəndaş cəmiyyəti və siyasi fərqli düşüncə üzərinə hücumlar davam edib.
Ötən ilin axırlarına olan məlumata görə azı 18 vicdan məhbusu hələ də dəmir barmaqlıqlar arxasında qalıb.
Cavid Hüseynovun məhkəməsidir
«Mən xəstəxanada Rasim Əliyevə baş çəkəndə polislər də gəldilər. Deməli, artıq hadisə polisə məlum idi. Belə olan halda, mənim təkrar polisə xəbər verməyimə nə ehtiyac vardı?».
Jurnalist Rasim Əliyevin döyüldüyünü bilib hüquq-mühafizə orqanlarına xəbər verməməkdə günahlandırılan futbolçu Cavid Hüseynov fevralın 24-də keçirilən məhkəmə iclasında belə dedi.
İntiqam Əliyev həbsdə qaldıqca 4 mükafat alıb
«Ötən məhkəmə iclasından sonra İntiqam Əliyev Avropa Vəkillər Assosiasiyasının mötəbər mükafatına layiq görüldü. Bu, İntiqam Əliyev həbsdə olduğu müddətdə ona təqdim olunan dördüncü mükafatdır. Bir Nobel Mükafatı qalıb, yəqin onu da verərlər...».
Bunu fevralın 24-də Ali Məhkəmədə hüquq müdafiəçisi İntiqam Əliyevin kassasiya şikayətinə baxılarkən vəkili Cavad Cavadov deyib.