Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 22:11
İran seçki
İran seçki

AzadlıqLive - Prezident tərəfdarları seçkini udur

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

17:10 22.2.2016

Bakının Hökməli kəndinin "yolları"

Hökməlinin "olmayan" yolları- [Fotolar]

1/9
Bura Bakının "beş addımlığındakı" Hökməli kəndinin yollarıdı. Azca yağış yağan kimi məhlələrarası yollar bu hala düşür. Hər gün kənd sakinləri belə küçələrdən keçib mənzil başına çatırlar.
2/9

3/9

4/9

5/9

Azerbaijan - roads in Hokmali village
6/9 Azerbaijan - roads in Hokmali village
Bura Bakının "beş addımlığındakı" Hökməli kəndinin yollarıdı. Azca yağış yağan kimi məhlələrarası yollar bu hala düşür. Hər gün kənd sakinləri belə küçələrdən keçib mənzil başına çatırlar.
7/9

8/9

9/9

Öncəki slayd
Növbəti slayd

15:55 22.2.2016

İlham Əliyev İran televiziyasına müsahibə verib

«İranla Azərbaycan arasındakı hazırkı ticarət dövriyyəsi potensialdan qat-qat aşağı səviyyədədir. Səfər zamanı ticarətdəki bu vəziyyəti aradan qaldırmaq istiqamətində tədbirlər görüləcək».

Prezident İlham Əliyev İran İslam Respublikasına səfərindən öncə İran Televiziyasına müsahibəsində belə deyib.

Ölkə başçısı Azərbaycanda investisiya və özəlləşdirmə proqramları üzərində iş aparıldığını, iş adamları üçün biznes mühitinin daha da yaxşılaşdırıldığını deyib. O bildirib ki, bu, iranlı iş adamları üçün də yeni imkanlar yaradır

15:39 22.2.2016

Təhsil naziri test imtahanının çatışmazlığından danışır

“Hazırda test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik deyil”.

Bunu təhsil naziri Mikayıl Cabbarov ANS-in “Hesabat” verilişində deyib. "Növbəti 2-3 ildə test imtahanının formasında dəyişiklik gözlənilməsə də, sonrakı dövrdə həm forması, həm də məzmunu dəyişilməlidir. 3-4 il ərzində ali təhsil müəssisəsini bitirən tələbənin bilikləri testlə ölçülə bilməz. Onların biliklərinin qiymətləndirilməsi üçün yeni alətlər lazımdır və hazırda yeni qiymətləndirmə standartları ilə bağlı fəaliyyət həyata keçirilir. Burda qorxulu şey yoxdur və həmin standartlar həyata keçirilməlidir. Sadəcə belə bir qərar bir gün ya bir il ərzində qəbul oluna bilməz”.

15:02 22.2.2016

İlham Əliyev İrana niyə gedir?

Azərbaycan prezidenti İlham Əliyevin fevralın 23-də İrana səfəri başlanır. Tehranda iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10-dan çox sənəd imzalanacaq. İrana səfərin sanksiyaların ləğvindən sonrakı zamana təsadüf etməsi onun önəminə əlavə dəyər qatır.

Davamı

XS
SM
MD
LG