Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:53

İlham Əliyev səfər öncəsi müsahibə verdi


İlham Əliyev
İlham Əliyev

-

«İranla Azərbaycan arasındakı hazırkı ticarət dövriyyəsi potensialdan qat-qat aşağı səviyyədədir. Səfər zamanı ticarətdəki bu vəziyyəti aradan qaldırmaq istiqamətində tədbirlər görüləcək».

Prezident İlham Əliyev İran İslam Respublikasına səfərindən öncə İran Televiziyasına müsahibəsində belə deyib.

İlham Əliyev deyib ki, bu səfəri İran prezidentinin dəvəti ilə baş tutacaq. Səfər çərçivəsində regionda və dünyada bölgə ilə ilgili cərəyan edən proseslər müzakirə ediləcək. Prezidentin fikrincə, bu səfər İranla Azərbaycan arasındakı əlaqələrin inkişafına etibarlı zəmin yaradacaq.

İRANLI İŞ ADAMLARI ÜÇÜN YENİ İMKANLAR...

Ölkə başçısı Azərbaycanda investisiya və özəlləşdirmə proqramları üzərində iş aparıldığını, iş adamları üçün biznes mühitinin daha da yaxşılaşdırıldığını deyib. O bildirib ki, bu, iranlı iş adamları üçün də yeni imkanlar yaradır:

«Əminik ki, İran və Azərbaycan Astarası arasında dəmiryolun istifadəyə verilməsi Şimal-Cənub nəqliyyat dəhlizini önəmli dərəcədə canlandıracaq» - deyən İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsizdir. Ancaq islam ölkələrinin, o cümlədən İranın mövqeyindən razılığını bildirib: «ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti bu günədək heç bir nəticə verməyib... İslam ölkələri, o cümlədən də İran həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli çərçivədə davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək verir».

«DİNDARLARA HEÇ BİR MANEÇİLİK YOXDUR»

Ölkə başçısı müsahibəsində Azərbaycanda məzhəb kontekstində, din, vicdan azadlığı ilə bağlı heç bir problemin olmadığını vurğulayıb.

«Azərbaycanda tarix boyu heç vaxt dini və milli zəmində ayrı-seçkilik olmayıb. Fərqli millətlərin, konfessiyaların, dini cərəyanların nümayəndələri daim sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Ölkə Konstitusiyası, mövcud qanunvericilik vicdan və dini etiqad azadlığına tam təminat verir. Gündəlik həyatda da dindarların fəaliyyətinə heç bir maneçilik törədilmir. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərib. Müstəqillik illərində dini məbədlərin, məscidlərin sayı xeyli dərəcədə artıb. Hazırda Bakıda və digər yaşayış məskənlərində 2 mindən artıq məscid mövcuddur», - deyə İlham Əliyev bildirib.

Prezident İlham Əliyev fevralın 23-də Tehrana rəsmi səfər edəcək.

Həmçinin bax - AzadlıqRadiosu Youtube kanalında izləyin:

XS
SM
MD
LG