Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 11:59

Özünü atan gəncdən xəbər var


-

Yeni Günəşli qəsəbəsində özünü doqquzmərtəbəli binadan atan gənc Orxan Vahabzadənin vəziyyəti stabilləşib. “Lent.az” xəbər verir ki, 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən gənc oğlanın həyatına təhlükə qalmayıb.

O.Vahabzadənin yaxınları Lent.az-a bildiriblər ki, o, özünü, əvvəl qeyd edildiyi kimi, 7-ci deyil, 8-ci mərtəbədən atıb. Orxanın sağ qalmasını möcüzə kimi dəyərləndirən yaxınları əlavə ediblər ki, hadisə vaxtı evdə kimsə olmayıb. Həmçinin bildirilib ki, o, ağır xəstəlikdən əziyyət çəkir.

Gəncin özünü təxminən 30 metr hündürlükdən atsa da, sağ qalmasına gəlincə, bildirilib ki, o, yağışdan sonra xeyli yumşalan torpağın üstünə düşüb. Məhz bu səbəbdən də sınıq xəsarəti almadan xilas ola bilib.

Orxan Vahabzadə fevralın 20-dən 21-nə keçən gecə intihara cəhd etmişdi.

XS
SM
MD
LG