Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Atam qələmqabımdan götürdü qaranı, qəhvəyini


Vəfa Qafarova
Vəfa Qafarova

-

Vəfa Qafarova

Həyatın rəngləri

Niyə başqa rənglərlə çəkmirsən, qızım?
Çəhrayıdan başqa rənglərlə...
Axı dünya çəhrayı deyil.
Gəl tanış olaq qızım, dünyayla.
Bu dünyada rəng coxdur.
AĞ yalanlar var.
YAŞIL ümidləri bitirən SARI həsrətlər var.
Əzizlərimizin gedib qayıtmadığı
MAVİ ənginliklər var.
Ətəklərini yelləyə-yelləyə
Sevgilərlə tanqo oynayan QIRMIZI ehtiraslar var.
Qara ürəklər var.
Qara fikirlər var, qızım.
Bu dünya tək ÇƏHRAYI deyil, qızım!
Məndən gizlətdi atam bu rəngləri.
Qələmqabımdan götürdü QARANI, QƏHVƏYİNİ.
Uşaqlar belə rənglərlə çəkməz dedi.
Guya qorudu məni.
Pis müəllim olub atam yəqin.
İllər keçdi, qızım?
Anan sarı həsrətləri tanıdı,
Ağ yalanları gördü,
Qrmızı ehtiraslarda qaçdı mavi dünyalara
Qara ürəklilərin şərindən başını şeirlərin üstünə qoyub ağladı
GÜMÜŞÜ göz yaşları ilə.
Sən ağlama qızım.
Gəl qəngləri öyrənək.
SARI, QIRMIZI, QARA, AĞ, MAVI.....

Həyat səni sevə bilmərəm

İnandır məni!
Hər şey yaxşı olmasa belə,
yaxşı olmayan şeylərin bir gün bitəcəyinə.
İnandır məni, həsrətin qürbətə gedəcəyinə.
İnandır bir gün onsuz darıxmayacağıma
xoşuma gəlməyən insanların qabağıma çıxmayacağına.
İnandır nə olar, bir daha kimsənin ölümünü görməyəcəyimə,
yer üzündə bircə canlının da ölməyəcəyinə.
İnandır solmayan yarpaqlara, atalı-analı uşaqlara.
Daha qadınların göz yaşı tökməyəcəyinə,
biz mələklikdən çıxdıqca
çiynimizdəki mələklərin əzab çəkməyəcəyinə.
Dost xəncərinin yarası ağrımır de,
Allah bizi sevir, qarğamır de.
Quşları inandır sapandın yoxluğuna,
ac uşaqları inandır qarınlarının toxluğuna.
Onu mənsiz yaşaya biləcəyinə inandır,
Bəsdir, bilirəm, hamısı yalandır.
Olsun, yalan da olsa.
İnandır, inandır məni,
Həyat, yoxsa sevə bilmərəm səni!

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG