Avropa Komissiyasının prezidenti Jon Klud Yunker (Jean-Claude Juncker) Avropa liderlərinin birliyin gələcəyi ilə bağlı Böyük Britaniya ilə razılığa gələcəklərinə ümidlə yanaşdığını deyir.
O belə bir bəyanatla fevralın 18-də çıxış edib.
Avropa Birliyinin liderləri 2 günə Britaniyanın baş naziri David Cameronun təkilifi ilə bağlı qərar verməlidirlər.
David Cameron Avropa Birliyinin daxilində islahatlar aparılmasını təklif edir.
O bildirib ki, əgər belə olsa Böyük Britaniya 2017-ci ildə keçiriləcək referendumda Avropa Birliyinin tərkibində qala bilər.
Avropa Birliyinin bu günlərdə Brüsseldə keçiriləcək sammitində əsasən bu məsələ müzakirə olunacaq.
Sammitin keçirilməsini Avropa Birliyinin prezidenti Donald Tusktəklif edib.
O bu günlərdə bəyanatlarından birində Böyük Britaniyanın birlikdən çıxması riskinin böyük olduğunu xəbərdarlıq edib.