Keçid linkləri

2026, 11 May, bazar ertəsi, Bakı vaxtı 00:09

Koalisiyaya qoşulmaq təklifi var, qərar yoxdur

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

«Azərbaycanın İslam koalisiyasına qoşulması barədə, hələlik, qərar qəbul olunmayıb».

Bunu Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

APA-nın xəbərinə görə, E.Məmmədyarov deyib ki, terrorla mübarizə genişmiqyaslı məsələdir:

«Koalisiyaya qoşulmaq üçün təklif almışıq. Qərar, hələlik, qəbul olunmayıb. Azərbaycanın koalisiyada hansı şəkildə iştirak edə biləcəyini müzakirə edirik».

This item is part of
XS
SM
MD
LG